Xəbər lenti

Nadir Qafarzadə:
Maqazin 15:16 16.03.2026

Nadir Qafarzadə: "Bizə "Avroviziya"da birinci yer tutmaq lazım deyil"

"Bizə "Avroviziya" mahnı müsabiqəsində birinci yeri tutmaq lazım deyil. Bu kimə lazımdır? Aləm bir-birinə dəyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə Azərbaycanı "Avroviziya” müsabiqəsində təmsil edəcək Cəmilə Həşimovanın (JIVA) ifasında "Just Go" mahnısından danışarkən deyib.
 
Nadir Qafarzadə "Just Go"nu sıradan mahnı hesab edir:

"Amma bilmək olmaz. Hərdən belə də olur, bizim bəyənmədiyimiz və uğursuz hesab edilən mahnı müsabiqə zamanı uğur qazanır. İndi bu mahnı da elə, heç kəsin gözləmədiyi halda uğur qazana bilər”. 

Nadir Qafarzadə Cəmilə Həşimovanın güclü bir ifaçı olduğunu xatırladıb:

"Uğurlu ifaçıdır, səs tempi xoşuma gəlir. Mahnıya yanaşması gözəldir. Onun Röya xanımla duetini dinləmişəm. Onların dueti mənim çox xoşuma gəlib”. 

Qeyd edək ki, Azərbaycanı bu il "Avroviziya" mahnı müsabiqəsində JIVA (Cəmilə Həşimova) təmsil edəcək. O, "Avroviziya 2026"da Azərbaycanı "Just Go" mahnısı ilə təmsil edəcək. Mahnı sevgi, kədər və daxili güc haqqında emosional balladadır. 

Mahnının söz və musiqisinin müəllifi ABŞ-da yaşayan azərbaycanlı bəstəkar Fuad Cavadovdur.

Bahar Rüstəmli
 


--> -->