Xəbər lenti

Nikki Heyli DeSantisin prezidentlik yarışından çəkilməsinə reaksiya verdi
Dünya 11:55 22.01.2024

Nikki Heyli DeSantisin prezidentlik yarışından çəkilməsinə reaksiya verdi

ABŞ prezident seçkilərində partiyanın namizədliyi uğrunda Donald Trampla rəqabət aparan respublikaçı Nikki Heyli Ron DeSantisin yarışdan geri çəkməsinə münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb.

Yanvarın 21-də Heyli Nyu-Hempşir ştatının Sibruk şəhərində olub və burada seçicilərlə görüşüb. O, Ron DeSantisin yarışdan çəkildiyini və ona uğurlar arzuladığını bildirib.

"Bir kişi və bir qadın qalıb. İndi sizi bununla buraxıram: Qoy ən yaxşı qadın qalib gəlsin", deyiə Heyli bildirib.
 
Nəşr qeyd edib ki, Heyli və onun müttəfiqləri uzun müddətdir prezidentlik yarışını onunla Tramp arasında mübarizə kimi göstərməyə çalışıblar. "The New York Times” yazır ki, indi DeSantis yarışdan kənarlaşdırıldığı üçün bu arqument daha da güclənib. Baxmayaraq ki, son sorğular Nyu Hempşirdə Heylinin Trampdan 15 faiz geri qaldığını göstərir.

Namizəd "yalnız bir ştatın səs verdiyini” və "səslərin yarısının Donald Trampa, yarısının isə ona çatmadığını” söyləməklə bu arqumenti genişləndirib. 

"Seçicilər yenidən Tramp və Baydenin yolu ilə getdiyimizə və ya yeni mühafizəkar yola çıxdığımıza dair söz sahibi olmağa layiqdirlər. Nyu-Hempşir seçiciləri çərşənbə axşamı öz sözlərini deyəcəklər”, deyə Heyli əlavə edib.

Bundan əlavə, Heyli həmçinin yanvarın 23-də Nyu-Hempşirdə keçirilən praymerizin nəticələrindən asılı olmayaraq, Cənubi Karolina praymerizinə və martın 5-də keçiriləcək "super çərşənbə axşamına” (həmin gün 15 ştat və ərazidə praymeriz keçiriləcək-red.) qədər yarışda qalacağına söz verib.

CNN-ə müsahibəsində namizəd vurğulayıb ki, seçkidən çəkildiyini və Trampı dəstəklədiyini elan edən DeSantis ona qərarını əvvəlcədən bildirməyib.

Xatırladaq ki, yanvarın 21-də DeSantis respublikaçıların prezidentliyə namizədliyi uğrunda mübarizəni tərk etdiyini elan edib.  Rəsmi açıqlamasından bir qədər əvvəl "Bloomberg” siyasətçinin namizədliyini geri götürmək barədə düşündüyünü bildirib. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, bu ehtimal Nyu-Hempşirdəki kokuslarda "biabırçı üçüncü yerdən qaçmaq üçün” nəzərdən keçirilirdi.

CNN və Nyu-Hempşir Universitetinin keçirdiyi yeni sorğuya görə, DeSantis ştat respublikaçılarının cəmi 6%-ni, Tramp 50%-ni, BMT-nin keçmiş səfiri Nikki Heyli isə 39%-ni toplayır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->