Xəbər lenti

"Nikosayağı" qəzaya düşdüyü avtomobilinin nömrəsini satışa çıxardı - MƏBLƏĞ
Ölkə17:08 04.09.2024

"Nikosayağı" qəzaya düşdüyü avtomobilinin nömrəsini satışa çıxardı - MƏBLƏĞ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Nikosayağı" kimi tanınan bloqer Nicat Şakirli qəzaya düşdüyü "Porsche" markalı avtomobilinin nömrəsini satışa çıxarıb.

İqtisadiyyat.az xəbər verir ki, satışa çıxarılan nömrə 10-GR-005 dövlət qeydiyyat nişanıdır.

Təcili satışa çıxarılan nömrə 16 min manata təklif olunur.

Qeyd edək ki, bir müddət əvvəl isə avtomobil ehtiyat hissələrinə bölünərək ayrı-ayrılıqda satılıb.

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb - onun sağ qolu dirsəkdən amputasiya olunub.