Xəbər lenti

Nizami Gəncəvi yaradıcılığı İspaniya ədəbiyyat portalında
Ölkə13:00 09.12.2021

Nizami Gəncəvi yaradıcılığı İspaniya ədəbiyyat portalında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın populyar "Librujula” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş "Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin ispan dilinə tərcümə edilmiş "Leyli və Məcnun” poemasından "Məcnunun fəryadı” parçasının və şairin yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.
Qaynarinfo xəbər verir ki, Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, geniş oxucu auditoriyası olan "Librujula” portalı səhifələrində müntəzəm olaraq Kristina Peri Rossi, Mirça Kerteresku, Antonio Sarrion Martines, Xoan Margarit kimi tanınmış şairlərin yaradıcılığını işıqlandırır.