Xəbər lenti

Ölən fələstinlilərin sayı 5 mini keçdi - Qəzza Səhiyyə Nazirliyi
Dünya 19:45 23.10.2023

Ölən fələstinlilərin sayı 5 mini keçdi - Qəzza Səhiyyə Nazirliyi

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölən fələstinlilərin sayı 5087 nəfərə çatıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölənlər arasında 2055 uşaq, 1119 qadın və 217 qoca var. Nazirlik qeyd edir ki, anklava hücumlar nəticəsində 15 mindən çox insan xəsarət alıb. Nazirlik həmçinin 57 tibb işçisinin öldüyünü, 100 nəfərin yaralandığını bildirib.

İsrail tərəfdən isə müharibə başlayandan 1,4 min nəfər həlak olub, 4,9 min nəfər yaralanıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->