Səhiyyənin Təminatı Mərkəzi "Keşəli” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 3 048 899,02 AZN olan müqavilədə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunan dərmanların və digər tibbi ləvazimatların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Keşəli” MMC 30 may 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 62, mənzil 32-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Fərrux Məmməd oğludur.
"Keşəli" MMC tibb sektorunda aparıcı şirkətlərdən hesab olunur. Lakin şirkətlə bağlı maraqlı detallar da var. Məsələn, tibb sektorunda başqa bir aparıcı şirkət olan "Rihan Pharma" MMC-nin veb-səhifəsində qeyd edilib ki, şirkət 2003-2010-cu illərdə "Keşəli" MMC adı altında fəaliyyət göstərib. Belə aydın olur ki, 2010-cu ildə "Keşəli" MMC-nin adı "Rihan Pharma" olaraq dəyişdirilib. Lakin həm bu tenderdən, həm də reyestr məlumatlarından aydın olur ki, "Keşəli" MMC ayrıca şirkət kimi fəaliyyət göstərir.
"Rihan Pharma" MMC-nin keçmiş səhiyyə naziri Oqtay Şirəliyevə məxsus olmasına dair iddialar var. Bu iddialar indiyə qədər təkzib olunmayıb.
"Rihan Pharma" MMC "Keşəli" adı altında fəaliyyət göstərəndə də şirkətin Oqtay Şirəliyevə məxsus olduğu deyilirdi. Bu şirkətlərin səhiyyə ilə bağlı qurumların keçirdiyi tenderlərdə qalib seçilməsi də Oqtay Şirəliyev faktoru ilə izah edilir.
Seyid
Şərhlər