Xəbər lenti

Paris-2024: 100 qram çəkiyə görə olimpiya medalından məhrum oldu
İdman14:20 07.08.2024

Paris-2024: 100 qram çəkiyə görə olimpiya medalından məhrum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanlı qadın güləşçi Vineş Poqat artıq çəkiyə görə olimpiadanın final mərhələsindən məhrum edilib.
Qaynarinfo xəbər verir ki, Poqat 50 kq-a qədər çəki dərəcəsində mübarizə aparıb.
Avqustun 7-də hindistanlı atlet amerikalı Sarah-Ann Hildebrandla yarışmalı idi. Finalda Poqat əvəzinə kubalı Yusneilis Quzman çıxış edəcək.
"İndia Today" iddia edir ki, avqustun 7-də Poqat Paris xəstəxanalarından birinə yerləşdirilib. Bütün gecəni arıqlamağa çalışıb. O bütün gecəni uzunluğa tullanıb, qaçıb və velosiped sürüb, lakin bu, istənilən nəticəni verməyib.
Hindistan komandasının baş həkimi Vinşav Pardivala, avqustun 7-də səhər çəkilişə başlamazdan əvvəl Vineş Poqatın çəkisini azaltmaq üçün kəskin tədbirlər görüldüyünü deyib. Lakin 100 qram artıq çəki onun final arzusunu gözündə qoyub.
Aydın