Xəbər lenti

Paris-2024: Azərbaycan millisi tarixi nəticəyə imza atdı (YENİLƏNİB)
İdman 18:32 10.08.2024

Paris-2024: Azərbaycan millisi tarixi nəticəyə imza atdı (YENİLƏNİB)

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

Qaynarinfo xəbər verir ki, final mərhələsində əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.

Komandanın çıxışı hakimlər tərəfindən ümumilikdə 66.450 xalla qiymətləndirilib və milli yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub.

Buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya oəOyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

17.21
 
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində növbəti çıxışını həyata keçirib.

Qaynarinfo xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə 3 lent və 2 topla səhnəyə çıxıb.

Komandamız 31.600 xala alyiq görülüb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
16.19
 
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalarla bacarığını göstərib.

Komandamız 34.850 xala layiq görülüb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->