Xəbər lenti

Paris-2024: Bədii gimnastımız növbəti dəfə çıxış etdi (YENİLƏNİB)
İdman 14:42 08.08.2024

Paris-2024: Bədii gimnastımız növbəti dəfə çıxış etdi (YENİLƏNİB)

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Qaynarinfo xəbər verir ki, 23 yaşlı idmançı bu dəfə halqalarla bacarığını göstərib.

Təmsilçimiz 32.500 xala layiq görülüb. Ağamirova növbəti dəfə lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 5-ci sıradadır.

12.55

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Qaynarinfo xəbər verir ki, 23 yaşlı idmançı fərdi çoxnövçülükdə ilk olaraq topla hərəkətlərdə çıxış edib.

Təmsilçimiz 30.200 xala layiq görülüb. Ağamirova halqa, lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 7-ci sıradadır.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->