Xəbər lenti

Dünya 11:41 20.07.2022

Parlament xalqın istefasını tələb etdiyi baş naziri prezident seçdi

Şri-Lanka parlamenti ölkənin yeni prezidentini seçib.

Qaynarinfo xəbər verir ki, bu gün keçirilən səsvermədə baş nazir Ranil Vikeremesinqeni ölkənin yeni prezidenti seçilib. O, 134 səs toplayıb. Rəqibi Dullus Alahapperuma isə 82 deputat səs verib.

Xatırladaq ki, ölkədə yaranmış ciddi iqtisadi böhran fonunda meydana çıxan etiraz aksiyalarından sonra Şri-Lankanın keçmiş prezidenti Qotabaya Rajapaksa ötən həftə ölkəni tərk edib. Onun istefasını tələb edən minlərlə etirazçı prezident iqamətgahına və digər hökumət binalarına basqın etdikdən sonra o, Maldiv adalarına, daha sonra Sinqapura qaçıb.

Etirazçılar may ayında baş nazir təyin edilmiş Vikremesinqenin də istefasını tələb etmişdilər. Aksiyaçılar onun şəxsi evini yandırmış, həmçinin onun rəhbərliyinə qarşı nümayişlərdə Kolomboda baş nazirlik ofisinə basqın edilmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->