Xəbər lenti

Paşinyan istefa verəcəkmi? - Politoloq
Dünya 12:51 03.05.2022

Paşinyan istefa verəcəkmi? - Politoloq

Mayın 2-də Brüsseldə  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Diplomatların Ermənistanla Azərbaycan arasında münasibətləri, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə etdikləri bildirilir.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.

Görüşü şərh edən politoloq Elşən Mirzəoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, aparılan müzakirədən belə qənaətə gəlmək olar ki, Paşinyan iqtidarı rəsmi Bakının irəli sürdüyü şərtləri qəbul etməyə hazırdır:"Bu görüş tərəflər arasında təmasların davam etdirilməsi baxımından əhəmiyyətlidir.
 
Bundan əvvəl iki ölkənin xarici işlər nazirləri arasında birbaşa telefon əlaqəsi quruldu. Bütün bunlar hər halda dövlətlərarası münasibətlərdə problemlərin həlli baxımından ciddi əhəmiyyət kəsb edir. Brüsseldə olan görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyana verdiyi məlum 5 təklif ətrafında müzakirələr olub. Bununla belə Ermənistan müxalifətinin son günlər ölkədə başladığı etiraz aksiyaları, bəzi erməni saytlarında Paşinyanın istefa verəcəyilə bağlı söylənilən fikirlər göstərir ki, mövcud iqtidara qarşı istər ölkə daxilində, istərsə də xaricdə məlum geosiyasi güc mərkəzlərinin ciddi təsir rıçaqları da var. Buna baxmayaraq, danışıqların davam etdirilməsi münaqişə tərəfləri arasındakı problemlərin həlli baxımından ciddi əhəmiyyət kəsb edir. Artıq kommisiyaların yaradılması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələ ətrafında müəyyən razılıqlar var. Güman edirəm ki, Brüssel görüşündə müzakirə edilən məsələlərin danşıqların növbəti mərhələsində müzakirəsinə ciddi ehtiyac yaranıb”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->