Xəbər lenti

Paşinyan Putinlə görüşdü
Dünya 15:10 08.10.2024

Paşinyan Putinlə görüşdü

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.

Kremldə keçirilən görüşün protokol hissəsində Putin və Paşinyan çıxış ediblər.

Rusiya prezidenti çıxışında bildirib ki, Ermənistan baş naziri ilə ikitərəfli görüşdən əvvəl təkbətək görüş keçirib və iki ölkə arasındakı hazırki məsələləri müzakirə edib. Putin qeyd edib ki, müzakirələrə iqtisadi xarakterli məsələlərdən başlamaq daha məqsədəuyğundur. O, iki ölkə arasında ticarət iqtisadi əməkdaşlığın olduqca uğurlu inkişaf etdiyini, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin ötən il 7.4 mlrd dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 mlrd dolları ötdüyünü söyləyib.

" Əgər bu templə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 mlrd dollar olacaq. Bu, rekord göstəricidir", - deyə Putin bildirib.

Paşinyan isə çıxışında son aylarda İrəvanla Moskva arasında aktiv siyasi dialoqun getdiyini söyləyib. Bildirib ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində hökümət sədri Mixail Mişustinin İrəvana səfəri zamanı ikitərəfli əməkdaşlıq və Ermənistan-Rusiya gündəliyi məsələləri kifayət qədər məzmunlu müzakirə elunub:

"Bu gün bu müzakirələri yekunlaşdırmaq üçün yaxşı fürsətdir".

Putin Paşinyanı Kazanda keçiriləcək BRICS sammitində növbəti ikitərəfli görüş keçirməyə dəvət edib.//APA

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->