Xəbər lenti

Paşinyanın savaş hədəsi nəyə hesablanıb? (ŞƏRH)
Siyasət 16:52 12.03.2025

Paşinyanın savaş hədəsi nəyə hesablanıb? (ŞƏRH)

"Paşinyan bu fikri ictimaiyyətin nəbzini yoxlamaq və yaxud mövcud durumdan narahatlıq keçirdiyi üçün ortaya atıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yəhudi Mərkəzinin politoloqu Rüstəm Tağızadə Ermənistan baş naziri Nikol Paşinyanın sülh prosesinin nəticə vermədiyi, Bakının nə iddialardan, nə də dəhliz tələbindən əl çəkməməsi fonunda razılaşma əldə olunmasa müharibənin qaçılmaz olacağı barədə fikrini şərh edərkən deyib. 

Həmsöhbətimiz deyir ki, Bakı ilə İrəvan arasında son zamanlar vəziyyət gərginləşib:

"Ermənistan tərəfi xarici kəşfiyyatçıları Azərbaycan sərhədi yaxınlığına gətirib, müşahidələr aparır. Kommunikasiyaların açılması məsələsində də Ermənistan geri addım atır. Bu fonda Paşinyanın "Bakı nə iddialardan, nə də dəhliz tələbindən əl çəkir, razılaşmasaq, müharibə qaçılmazdır" açıqlaması iki məqsəd daşıya bilər. Ola bilsin ki, Paşinyan bununla ictimaiyyətin nəbzini yoxlamaq üçün belə bir fikri ortaya atıb. Digər tərəfdən, Paşinyan mövcud durumdan da narahatdır. Hələ də sülh müqaviləsi imzalanmayıb. Burada Ermənistana hamilik edən xarici dövlətlərin də rolu vardır. Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılmasının danışıqlar yolu ilə həllində maraqlıdır. Lakin İrəvan yenə də qeyri-konstruktiv mövqe göstərməklə hər zaman müəyyən problemlər yaradır".
 


Politoloq məsələnin mürəkkəb olduğu qənaətindədir:

"Xarici müşahidəçilər, Naxçıvan istiqamətində Ermənistanın atəşkəsi pozması problemlərin daha da böyüdüyünü göstərən amillərdir. Yaxın gələcək üçün proses daha da mürəkkəbləşə bilər". 

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə qapalı iclas keçirərək Azərbaycanla sülh prosesi müzakirə edib. Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. 

Məlumata görə, Paşinyan iclasda sülh prosesinin nəticə vermədiyini bəyan edib. O deyib ki, Bakı nə iddialardan, nə də dəhliz tələbindən əl çəkir, razılaşmasaq, müharibə qaçılmaz olacaq. Paşinyan bildirib ki, ictimaiyyəti bu barədə fəal şəkildə məlumatlandırmaq lazımdır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->