Xəbər lenti

Pentaqonun rəhbəri Ostin xəstəxanaya yerləşdirildiyini Ağ Evdən gizlətməyib
Dünya 23:23 29.02.2024

Pentaqonun rəhbəri Ostin xəstəxanaya yerləşdirildiyini Ağ Evdən gizlətməyib

Pentaqon rəhbəri Lloyd Ostin əməkdaşlarından onun xəstəxanaya yerləşdirilmə şəraitini Ağ Evdən və ABŞ prezidenti Co Baydendən gizli saxlamağı tələb etməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri özü məlumat verib.

Ostin fevralın 15-də xəstəxanaya yerləşdirildikdən sonra artıq işə qayıdıb. Bundan sonra Pentaqonun rəhbərindən ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinə nə üçün Ağ Evi və prezidenti bir neçə gün xəstəxanaya yerləşdirmə və xərçəngə yoluxmasını gizli saxladığını izah etməsi tələb olunub.

"Mən heç kimə deməmişəm ki, xəstəxanaya yerləşdiyim barədə nə prezidentə, nə Ağ Evə, nə də kiməsə deməsin", deyə Ostin konqresmenlərə izah edib.

Müdafiə naziri qeyd edib ki, vəziyyətə görə məsuliyyəti öz üzərinə götürür və artıq prezident Baydendən üzr istəyib.

Fevralın 12-də əvvəllər prostat xərçəngi diaqnozu qoyulmuş Pentaqonun rəhbəri sidik kisəsindəki təcili problemlər səbəbindən xəstəxanaya yerləşdirilib. Ostin xəstəxanada olarkən onun vəzifələrini Pentaqonun rəis müavini Ketlin Hiqqs öz üzərinə götürüb.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->