Xəbər lenti

"Qazaxın 7, Naxçıvanın bir kəndi tezliklə Azərbaycana qaytarılacaq" (EKSPERT)
Ölkə07:54 22.12.2020

"Qazaxın 7, Naxçıvanın bir kəndi tezliklə Azərbaycana qaytarılacaq" (EKSPERT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qubadlı və Zəngilanın azad edilməyən onlarla kəndi ilə bərabər Qazaxın 7 və Naxçıvanın 1 kəndi də qısa zamanda qaytarılacaq".
Qaynarinfo xəbər verir ki,  bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, 9 noyabr bəyanatında cəmiyyəti narahat edən səbəblərdən biri Xankəndi, Xocalı və Xocavəndin adını çəkilməməsi idi:
"9 noyabr bəyanatı 1 səhifədə 9 bənddən ibarət idi. İctimaiyyət daha çox sənəddə Xankəndi, Xocalı və Xocavəndin adını çəkilməməsindən narahat idi. Həmin sənəddə indi bərpa edilməklə Qafan aeroportuna, Zəngəzur Mis-Molibden zavoduna, Davud Bəy kəndinə, Vorotan SES-ə qədər gedib çıxan sərhdlərimizin də adı çəkilmirdi. Qubadlı və Zəngilanın azad edilməyən onlarla kəndinin, Qazaxın 7 və Naxçıvanın 1 kəndinin də adına o sənəddə rast gəlinmir. Lakin qısa zamanda o ərazilər də tam qaytarılacaq. Bu mütləqdir".
Ədalət Verdeyev hesab edir ki, şərtləri qalib tərəfin diktə etdiyini və 97 illik problemin 1 səhifəlik bəyanatla həllinin mümkün olmadığını nəzərə almaq mütləqdir:
"Qalib millət olmağı bacarmalıyıq. Başqa yolumuz da yoxdur".
 
Bahar Rüstəmli