İdman 17:14 22.11.2022

"Qəbələ"dən darmadağın, "Turan Tovuz"la "Səbail"dən səfər qələbəsi

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

Qaynarinfo-nun məlumatına görə mərhələnin ilk üç matçı bu gün keçirilib. "Səbail" səfərdə MOİK-i 4:0 hesabı ilə məğlubiyyətə uğradıbsa, "Şamaxı" evdə "Turan Tovuz"a minimal hesabla uduzub - 0:1.

Günün son maçında "Qəbələ" "Araz Naxçıvan"la qarşılaşıb. Elmar Baxşıyevin komandası Naxçıvan təmsilçisini darmadağın edib - 5:0. 

Mərhələnin qalan 3 oyunu sabah keçiriləcək. "Zirə" səfərdə Birinci Divizion təmsilçisi "Mingəçevir"in, "Sumqayıt" isə "Kəpəz"in qonağı olacaq. Digər görüşdə "Sabah" evdə "Qaradağ Lökbatan"ı qəbul edəcək.

Səbuhi Həsənov