Xəbər lenti

Qubadlıda 80 min manatlıq yaşıllaşdırma
Ekonomiks 15:37 03.11.2022

Qubadlıda 80 min manatlıq yaşıllaşdırma

Qubadlı Rayon İcra Hakimiyyəti "R-İnşaat Group” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 80 281.3 AZN olan müqavilədə yaşıllaşdırma xidmətlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "R-İnşaat Group” MMC 26 fevral 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 90, mənzil 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Rəşad Sərvər oğludur. 

Açıq mənbələrdə Rəşad Qasımov və "R-İnşaat Group” MMC haqqında hər hansı məlumat yoxdur. Şirkətin veb-səhifəsi və əlaqə telefonlarına da rast gəlinmir. 
Görünür, bu MMC-nin yeni yaradılması ilə bağlıdır. 

"Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması gərəkdir.
Bir ildir fəaliyyət göstərən 10 manatlıq şirkətin bu kriteriyaralara cavab verəcəyi inandırıcı görünmür. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->