Xəbər lenti

Rektor
Ölkə 09:15 08.10.2024

Rektor "Yüksəliş"in finalçısına vəzifə verdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni mətbuat katibi təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Universitetdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərovun imzaladığı əmrə əsasən Taleh Əlizamin oğlu Mirzəyev universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T.Mirzəyev I və III "Yüksəliş" müsabiqəsinin finalçısıdır. O, 2021-ci ildən ADPU-da çalışır. 2021-2024-cü illərdə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsində redaktor vəzifəsində fəaliyyət göstərib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->