Xəbər lenti

Dünya 12:31 09.07.2022

Şri-Lankada üsyan başladı: Prezident iqamətgahı ələ keçirildi

Şri-Lanknın paytaxtı Kolomboda etirazçılar prezident iqamətgahını ələ keçiriblər.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, iqamətgahın ətrafına 100 mindən çox insan toplaşaraq Prezident Qotabaya Rajapaksanı ölkədə iqtisadi böhranı idarə edə bilmədiyinə görə istefaya çağırıb və iqamətgaha daxil olub.

Şri-Lanka televiziyasında yayımlanan videoda da nümayişçilərin polis tərəfindən yerləşdirilən təhlükəsizlik kordonlarını yardıqdan sonra prezident iqamətgahına daxil olduqları göstərilir.

Təhlükəsizlik rəsmiləri bildiriblər ki, Rajapaksa ərazidə deyil və başqa yerə köçürülüb.

Hadisə yerində neçə təhlükəsizlik əməkdaşının olduğu məlum deyil.

Qeyd edək ki, Şri-Lanka ciddi iqtisadi böhranla üzləşib, ölkədə inflyasiya 70%-ə yüksəlib. Aylardır ölkədə yanacaqdan dərmana qədər hər şeyin qıtlığı yaşanır. İyulun 5-də baş nazir Ranil Vikremesinqhe ölkənin tamamilə müflis olduğunu elan edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->