Roma İmperiyasının süqutuna Avropadakı soyuq hava səbəb ola bilərdi.
Qaynarinfo xəbər verir ki, bu fərziyyəni Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand "RİA Novosti"yə müsahibəsində bildirib.
Vilfanda görə, Roma İqlim Optimumu adlanan dövrdə - eramızdan əvvəl 250-ci ildən eramızın 400-cü ilə qədər - Roma İmperiyasının çiçəklənməsinə töhfə verən xüsusilə mülayim bir iqlim hökm sürüb. 5-ci əsrdəki soyuqlar, Xalqların Böyük Köçünün bir hissəsi olaraq, barbar tayfalarının Şimali Avropadan cənuba köçü üçün təkanlardan biri olub.
455-ci ildə Roma Vandal tayfaları tərəfindən tutulub və talan edilib, 20 il sonra, 476-cı il sentyabrın 4-də sonuncu Roma imperatoru Romul Avqust alman kralı Odoaker tərəfindən devrildikdən sonra Qərbi Roma İmperiyası süqut edib.
Eyni zamanda, 395-ci ildə Roma İmperiyasının parçalanmasından sonra yaranan Şərqi Roma İmperiyası və ya Bizans daha min ilə yaxın mövcud olub və 1453-cü ildə Osmanlı türkləri tərəfindən dağıdılıb.
Aydın
Şərhlər