Xəbər lenti

Rusiya interneti Simonyanın əlinə keçir? - Sabah Kremldə mühüm müşavirə olacaq
Dünya 14:59 11.07.2023

Rusiya interneti Simonyanın əlinə keçir? - Sabah Kremldə mühüm müşavirə olacaq

Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno internetdə dövlət maraqlarının təmin edilməsinə dair müşavirə keçirəcək. 

Qaynarinfo xəbər verir ki, iclasın hazırlıq işləri ilə tanış olan mənbənin "Breif”ə verdiyi məlumata görə, görüş iyulun 12-nə təyin edilib.  

Bildirilir ki, Marqarita Simonyanın "Rusiya internetinin suverenliyinin əsas problemləri haqqında” məruzə ilə çıxış edəcəyi gözlənilir. O, həmçinin "Wikipedia"nın rus analoqunun yaradılması və inkişafı, eləcə də "YouTube"un tam hüquqlu analoqu”nun işə salınması üzrə həmməruzəçi olacaq. Aleksey Kudrin və Vladimir Kiriyenko "yerli axtarış sistemlərində etibarlı medianın məzmununa üstünlük verilməsi, habelə Rusiya sosial şəbəkələrində dövlət üçün vacib olan məzmunun təbliği baxımından bu cür mediaya dəstək verilməsi” barədə danışacaqlar. 

Kanal iddia edir ki, Rusiya internetinin gələcəyi Simonyan, Kudrin və kiçik Kiriyenkonun əlində cəmləşir və Telegram-ın işində tez-tez fasilələrin yaranması bu görüşə hazırlıqla bağlı ola bilər.

"Breif” "Telegram" kanalın məlumatına görə, Prezident Administrasiyasının rəhbəri Vayno ilə sabahkı görüş Rusiya interneti üçün əlamətdar hadisə ola bilər. Bir neçə mənbə internetə nəzarətin daxili siyasi blokdan Aleksey Qromova keçəcəyini irəli sürür. Marqarita Simonyanın Rusiya internetinin problemləri ilə bağlı əsas məruzəçi olması çox şeydən xəbər verir.

Kanal müəllifləri qeyd edirlər ki, dəyişən təkcə İnternet idarəçiliyi və büdcələr olmayacaq; yəqin ki, sabah Rusiyada Youtube bloklama şərtləri açıqlanacaq. VPN-lərlə mübarizə üçün də qərarlar veriləcək. "Roskomnadzor”un son təlimləri göstərdi ki, VPN-ləri bloklamaq mümkündür.

"Vkontakte” və "Yandeks” sosial şəbəkələrdə dövlət üçün vacib olan məzmunun təbliğinə və ekstremist məzmunun daha yaxşı aşkarlanmasına cavabdeh olacaq.

Nizami Bağırov
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->