Rusiyanın Leninqrad bölgəsində aseton istehsal edən zavod cümə günü səhər alovlara qərq olub. Yanğınsöndürənlər yanğını söndürmək üçün işlərini davam etdirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Rusiya xəbər agentliklərinə istinadla məlumat yayıb.
Qatçina şəhərində yerləşən sənaye obyektində baş verən yanğının səbəbi barədə hələlik məlumat yoxdur. Rusiya Müdafiə Nazirliyi isə gecə boyunca Sankt-Peterburq yaxınlığında olan bu bölgədə Ukraynaya məxsus hər hansı pilotsuz uçan aparatların müşahidə edilmədiyini bildirib.
Alpər
Şərhlər