Xəbər lenti

Sahibkarlarla növbəti görüş Tovuz rayonunda keçiriləcək
Ekonomiks06:30 24.01.2024

Sahibkarlarla növbəti görüş Tovuz rayonunda keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. 
"Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq. Aksiya rayonun Düz Qırıqlı kəndində İcra nümayəndəliyinin qarşısında baş tutacaq. 
"Səyyar qəbul otağı” yanvarın 26-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək