Xəbər lenti

Ölkə 17:48 30.08.2023

Səlim Müslümovun məhkəməsi yenidən təxirə salındı

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

"Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesin hansı səbəbdən təxirə salındığı açıqlanmayıb.

Proses qeyri-müəyyən müddətə kimi təxirə salınıb.

Qeyd edək ki, eks-nazirin cinayət işi üzrə məhkəmə prosesi bundan əvvəl dəfələrlə təxirə salınıb.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->