Xəbər lenti

Şimali Kiprin yeni prezidenti müəyyənləşdi
Dünya18:15 18.10.2020

Şimali Kiprin yeni prezidenti müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Kipr Türk Respublikasında prezident seçkilərinin ikinci turu keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "Anadolu" yayıb.
İlin nəticələrə görə, ikinci turda hazırkı prezident Mustafa Akıncı ilə üz-üzə gələn sabiq baş nazir Ersin Tatar seçicilərin 51,74 %-nin səsini toplayaraq seçkilərin qalibi olub.
Qeyd edək ki, Ersin Tatar mərhum birinci prezident Rauf Denktaşın təsisçisi olduğu Milli Birlik Partiyasının sədridir. Millətçi mövqedən çıxış edən E.Tatar rəqibi M.Akıncıdan fərqli olaraq Türkiyə ilə münasibətlərin daha da dərinləşməsinin tərəfdarıdır.