Xəbər lenti

Dünya 13:42 21.08.2023

Simonyanın evinin yaxınlığında PUA vuruldu (FOTO)

Kreml təbliğatçısı Marqarita Simonyan bildirib ki, Moskva yaxınlığında yeni pilotsuz uçuş aparatı hücumu zamanı PUA-lardan biri onun evinin yaxınlığında partlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə o, bazar ertəsi özünün "Telegram" kanalında yazıb.

Simonyanın sözlərinə görə, PUA İstra rayonunda "HHM işi” nəticəsində partlayıb.

"Bizimlə qonşu küçədə yerə düşdü", yazan təbliğatçı qonşu evin arxasında yüksələn tüstü buludları ilə bir fotoşəkil yayımlayıb. 

Baxmayaraq ki, bundan əvvəl o, HHM işini və digər belə obyektlərin fotolarının dərc edilməsini vətənə xəyanət kimi qiymətləndirilməsinə çağırıb. 

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi də bildirib ki, pilotsuz uçuş aparatlarından biri həmin ərazidə vurulub, ikinci PUA isə "Pokrovskoye qəsəbəsi ərazisində qəzaya uğrayıb.

Qeyd olunur ki, PUA səbəbindən Vnukovo və Domodedovo hava limanlarının işi müvəqqəti olaraq dayandırılıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->