Natiq Cəfərli
Ekonomiks 12:41 05.05.2019

Statistika budu e, student qedeş...

Natiq Cəfərli

Rəsmi məlumat: Bu ilin yanvar-mart aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 32,9 mln. manat dəyərində məhsul istehsal edilib.

Yəni, bu böyda ölkə adı çəkilən sahələrdə gündə cəmi 361 min manatlıq, yəni 213 min dollarlıq məhsul istehsal edib. Hə, yeri gəlmişkən 32,9 mln. manatın da 10 mln. manatı dövlət büdcəsi hesabına toxunan, arada dövlət büdcəsi hesabına alınıb qonaq-qaraya hədiyyə verilən xalçadır. Xalçanı çıxsaq yerdə 22,9 mln. manat, yəni günə 250 min manat, 148 min dollarlıq geyim, dəri və dəri məmulatları, ayaqqabı istehsal etmişik. Təsəvvür edirsinizmi, 10 mln. əhalisi olan məmləkət günə bu sahədə cəmi 148 mın dollarlıq mal istehsal edib.

Antaliyada yaşayan Receb amcanın ortabab dəri fabriki var, gündə 50 min dollarlıq mal istehsal edir. Tək bir firma, 100 işçi, 50 min dollar - bizdə 10 mln. əhalisi olan ölkə günə 148 min dollar, özü də tək dəri məhsulları yox a, həm də geyim, ayaqqabı da daxil. 

Statistika budu e, student qedeş...