Xəbər lenti

Tacir Şahmalıoğlu: "Əsl gözəllik Qarabağdadır, Dubayda nə var?"
Maqazin17:06 24.07.2026

Tacir Şahmalıoğlu: "Əsl gözəllik Qarabağdadır, Dubayda nə var?"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Tacir Şahmalıoğlu bu il yay istirahəti üçün Laçını seçib.
Sənətçi Qaynarinfo-ya açıqlamasında ailəsi ilə birlikdə artıq 20 gündür Laçında istirahət etdiyini bildirib.
"Ailəliklə buradayıq. Laçın cənnət məkandır", – deyə o vurğulayıb.
Tacir Şahmalıoğlu həmkarlarının yay istirahəti üçün Dubay, Türkiyə, Fransa, Almaniya və digər xarici ölkələrə üstünlük verməsinə də münasibət bildirib.
"Dünyanın gözü Qarabağdır. Bunu yaşamaq, öz gözlərinlə görmək lazımdır. Mən bunu yaşayıram, görürəm. Xarici ölkələrə istirahətə gedənlərin zövqü yoxdur, ona biz nə edək? Dubayda nə gözəllik var? Süni şəhərdir, orada hava belə yoxdur", – deyə müğənni bildirib.
Bahar Rüstəmli