Xəbər lenti

İdman 14:56 12.06.2023

Taekvondo millisində yeni məşqçilər - Federasiya açıqladı

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasını yeni məşqçilər çalışdıracaq.
 
Qaynarinfo-nun məlumatına görə bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb. Beə ki, komanda Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarına yeni məşqçi heyətinin rəhbərliyi altında yollanacaq. Yığma müvəqqəti olaraq, gənclərdən və yeniyetmələrdən ibarət millilərin baş məşqçilərinə həvalə edilib.

Krakov-2023-də baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovu müvafiq olaraq, Məmməd Abdullayevlə Rəşad Məmmədov əvəzləyəcəklər. Onların qarşısına maksimum yüksək nəticə qazanmaq hədəfi qoyulub.
 
Qadınlardan ibarət yığma isə Oyunlarda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaqlar. 
Ölkəmiz III Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq.
 
Krakov-2023-də Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvəsini sınayacaq. 
Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəmizi hakimi kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək. 
 
Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->