ABŞ-ın "Time” jurnalı 2024-cü ilin ən nüfuzlu yüz şirkətlərinin siyahısını hazırlayıb.
Qaynarinfo xəbər verir ki, müvafiq siyahı jurnalın saytında
yerləşdirilib.
"Liderlər” kateqoriyasına müğənni Selena Qomezin "Rare Beauty” şirkəti, Amerikanın "İnter Mayami” futbol klubu (Lionel Messinin hazırda oynadığı klub), Reddit, Pinterest, Toyota, BMW və başqaları daxildir.
"Üsyançılar”ın siyahısında, xüsusən WNBA (ABŞ qadınların peşəkar basketbol liqası) və Xiaomi, Airbnb və Dyson şirkətləri yer alıb. "İnnovatorlar” siyahısına süni zəka şirkəti Anthropic, Saildrone, Google, Huawei və çip istehsalçısı AMD yer alıb. "Titanlar” kateqoriyasına Intel, Amazon, Saudi Aramco, Airbus, Microsoft, Nvidia, Pfizer, TikTok və Disney kimi şirkətlər daxildir.
Qeyd olunur ki, builki "İnnovatorlar” qeyri-kommersiya təşkilatı "World Central Kitchen”, "Fortnite Epic Games” oyununun yaradıcısı, "Intuitive Machines” kosmik şirkəti, "OpenAI” süni zəka şirkəti və Hindistanın Serum İnstitutudur.
Nizami Bağırov
Şərhlər