Xəbər lenti

Tramp əvvəl Zelenski, sonra Putinlə danışdı: Nələr müzakirə olundu?
Dünya 21:12 14.06.2026

Tramp əvvəl Zelenski, sonra Putinlə danışdı: Nələr müzakirə olundu?

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kreml rəhbərinin köməkçisi Yuri Uşakovun açıqlamasına istinadən məlumat yayıb.

Uşakovun sözlərinə görə, danışıq 55 dəqiqə davam edib və "dostyana və açıq” xarakter daşıyıb. Bildirilir ki, Putin əvvəlcə Trampı 80 illik yubileyi münasibətilə təbrik edib, daha sonra tərəflər beynəlxalq gündəmdəki məsələləri müzakirə ediblər.

Müzakirə olunan mövzular arasında ABŞ və İran arasında hazırlanmaqda olan sülh sazişi də yer alıb. Uşakovun sözlərinə görə, Tramp bu danışıqların nəticələrinin artıq bu gün açıqlana biləcəyini bildirib.

Məlumata görə, Tramp Ukraynada müharibənin dayandırılmasının vacibliyini vurğulayıb. Buna cavab olaraq Putin Ukrayna Silahlı Qüvvələrinin son vaxtlar Rusiyadakı mülki obyektlərə endirdiyi zərbələrin sülh prosesinə mane olduğunu iddia edib. Eyni zamanda o, bu hücumların döyüş meydanındakı vəziyyəti dəyişməyəcəyini söyləyib.

Uşakovun sözlərinə görə, Putin yenidən əvvəlcədən əvvəlki təklifini səsləndirib və bildirib ki, Volodimir Zelenski görüş keçirmək istəyirsə, Moskvaya gəlməlidir.

Uşakov bildirib ki, Tramp Ukrayna və ABŞ-ın Avropadakı müttəfiqlərinə sülh prosesinin irəliləməsi istiqamətində təsir göstərməyə hazır olduğunu ifadə edib.

Onun sözlərinə görə, Putin danışıq zamanı yəhudi mənşəli olan Zelenskinin Holokostu unutmamalı olduğunu da bəyan edib.

Bundan əlavə, tərəflər ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın vaxtlarda yenidən Moskvaya səfər etməsi barədə razılığa gəliblər. Bildirilir ki, onlar daha əvvəl planlaşdırılan Kiyev səfərini həyata keçirməyiblər.

Tramp Putindən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla əvvəlcədən elan olunmayan telefon danışığı aparıb. Bu barədə "RBK-Ukrayna” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumat sonradan digər media qurumları tərəfindən də təsdiqlənib.

Jurnalistlərin məlumatlı mənbəsinin sözlərinə görə, iki ölkə lideri təxminən 30 dəqiqə danışıb. Zelenski həmkarını ad günü münasibətilə təbrik edib, eyni zamanda bir sıra mühüm məsələlər də müzakirə olunub.

"Normal və konstruktiv söhbət baş tutdu. Prezident Trampı ad günü münasibətilə təbrik etdi və tərəflər danışıqların perspektivləri də daxil olmaqla bütün əsas məsələləri müzakirə etməyə vaxt tapdılar”, deyə "RBK-Ukrayna” mənbəyə istinadla yazıb.

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığının baş tutduğunu Volodimir Zelenskinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin də "Suspilne” nəşrinə açıqlamasında təsdiqləyib.

Onun sözlərinə görə, danışıq 30–35 dəqiqə davam edib. Prezidentlər Rusiya ilə mümkün sülh danışıqlarının perspektivlərini və digər diplomatik addımları müzakirə ediblər.

Litvin söhbəti "məzmunlu” adlandırıb və bildirib ki, Zelenski yaxın vaxtlarda danışığın detalları barədə özü məlumat verəcək.

Bir qədər sonra Volodimir Zelenski özünün "Telegram” hesabında Donald Trampla "əla söhbət” apardığını təsdiqləyib.

Ukrayna Prezidenti daha əvvəl mediada yayılan məlumatları təsdiqləməklə yanaşı, əlavə detallar da açıqlayıb.

"Biz hazırda sülhün yaxınlaşmasına kömək edə biləcək məsələləri müzakirə etdik. Mən Prezidentə cəbhədəki son hadisələr və mövqelərimizin necə gücləndiyi barədə məlumat verdim. Razılaşdıq ki, G7 sammiti çərçivəsində keçiriləcək görüşümüz zamanı bu mövzuları daha ətraflı müzakirə edək. Sülhün yaxınlaşmasına və insanların həyatının qorunmasına kömək edə biləcək bir sıra yaxşı ideyalarımız var”, deyə Zelenski yazıb.

Aydın
--> -->