Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya müraciətinin ratifikasiya prosesini başa çatdırmaq üçün ABŞ-dan F-16 qırıcıları tədarük edəcəyini gözlədiyini bildirib.
Qaynarinfo bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
"Prezident kimi öz töhfəmi vermişəm, amma gözləntilərim də var. Birləşmiş Ştatlar bunu (F-16-nın Türkiyəyə satışı) öz Konqresi ilə razılaşdırmalıdır ki, biz də bu addımları (İsveçin NATO-ya müraciətini ratifikasiya etmək üçün) eyni vaxtda ata bilək", deyə Ərdoğan bildirib.
Bundan əvvəl Ərdoğan ABŞ-ın Yunanıstana F-16 qırıcı təyyarələri göndərdiyini bildirsə də, Ankaranın artıq onlar üçün pul ayırmasına baxmayaraq, Türkiyəyə tədarük etməkdən imtina edib.
Aydın
Şərhlər