Xəbər lenti

Dünya 13:24 23.06.2023

Türkiyə Ukraynada “Bayraktar” və “Akıncı” dronların istehsalı üçün lisenziya verdi

Türkiyənin Baykar şirkəti Ukraynada Bayraktar TB2 və Akıncı dronlarının istehsalı üçün səlahiyyətli orqanlardan lisenziya alıb.

Qaynarinfo "Yeni Akit”ə istinadən xəbər verir ki, bu barədə "Baykar”ın baş direktoru Haluk Bayraktar bildirib.

"Ukraynada "Bayraktar TB2” və "Akıncı” pilotsuz uçuş aparatlarının tam istehsalı üçün Türkiyədən müvafiq lisenziya icazələri almışıq”, - deyə Baykar bildirib.

Şirkət 2025-ci ildə Ukraynada istehsala başlamağı planlaşdırır. Müəssisəyə nəzərdə tutulan investisiyaların ümumi həcmi 95,5 milyon dollardır.

2019-cu ildə Baykar Ukraynada iki fabrik açmaq məqsədi ilə Ukraynada Avia Ventures MMC-ni təsis edib. "Baykar” adından "Avia Ventures” MMC-nin PUA-ların istehsal olunacağı zavodun tikintisində iştirak edəcəyi gözlənilir.

Tikintiyə 2022-ci ilin fevralında Ukrayna və Türkiyə hökumətləri arasında aerokosmik sənayedə əməkdaşlığa dair çərçivə sazişinin imzalanması kömək edib.

Ukraynanın müdafiə naziri Akeksey Reznikovun sözlərinə görə, Ukraynadakı zavodda istehsal olunacaq dronlar Ukrayna istehsalı olan mühərriklərlə təchiz olunacaq. Onlar həmçinin Bayraktarın idarə olunması üzrə müxtəlif kateqoriyalı mütəxəssislərin hazırlanması üçün tədris mərkəzi yaratmalıdırlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->