Xəbər lenti

Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi 30 il sonra dəfn edidi (FOTOLAR)
Foto 15:19 22.05.2024

Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi 30 il sonra dəfn edidi (FOTOLAR)

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şöhrət Telman oğlu Nuriyevlə Ucar rayonunun Əlikənd kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un məlumatına görə, şəhidin nəşi Əlikənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ucar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Şöhrət Telman oğlu Nuriyev1969-cu il iyunun 17-də Ucar rayonunun Əlikənd kəndində anadan olub. O, 1993-cü ilin aprelin 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->