Üç rayondan 132 baş heyvan oğurlayanlar məhkəmə qarşısında (VİDEO)
Ucar, Ağdaş və Göyçay rayonlarında 132 baş heyvan oğurlayan şəxslərin məhkəməsi başlayır.
Qaynarinfo-nun məlumatına görə, oğurluğa görə saxlanılan Göyçay rayon sakini Natiq Süleymanov, Ucar rayon sakinləri Səməd Hüseynov və Amil Nəsirovun əməlindən 13 fermer zərər çəkib.
Onlar barəsində 177.2.1 (oğurluq, bir qurp şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi yekunlaşdırılaraq məhkməyə göndərilib. İşə Ucar Rayon Məhkəməsinin hakimi Xəyal Bədəlovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Süleymanov Natiq Pəhlavan oğlu, Hüseynov Səməd Ağakərim oğlu və Nəsirov Amil Famil oğlu sözügedən rayonlardan 132 baş heyvan oğurlayaraq yarısını dəyərindən ucuz qiymətə sataraq, pulunu öz aralarında bölüblər. Bundan başqa, 66 baş xırdabuynuzlu heyvan isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb və zərərçəkmişlərə geri qaytarılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər