8 yanvar gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Saratov vilayətindəki Engels şəhərində yerləşən neft bazasına zərbə endirib. Nəticədə böyük miqyaslı yanğın baş verib və çoxsaylı partlayışlar qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat
yayıb.
Hədəf Engels-2 hərbi aerodromunu yanacaqla təmin edən "Kristall Kombinatı” olub. Həmin aerodrom işğalçıların strateji aviasiyası üçün mühüm əhəmiyyət daşıyır.
Baş Qərargahın məlumatına görə, hədəfin vurulması ilə bağlı ətraflı məlumatlar dəqiqləşdirilir. Zərbə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Silahlı Qüvvələrin pilotsuz uçuş sistemləri qüvvələri tərəfindən digər Müdafiə Qüvvələri komponentləri ilə qarşılıqlı əlaqədə həyata keçirilib. Bildirilir ki, bu hücum Rusiya strateji aviasiyasının logistikasında ciddi problemlər yaradır və onların Ukraynaya qarşı hücum imkanlarını azaldır.
Gecə saatlarında rus mətbuatı Engels şəhərindəki neft bazasının yaxınlığında partlayışlar və yanğınlar barədə məlumat yayıb. Regionda Engels-2 aerodromu yerləşir. Saratov vilayətinin qubernatoru Roman Busargin, guya, "sərbəst düşmüş pilotsuz uçuş aparatının” qalıqlarının sənaye obyektinə ziyan vurduğunu bildirib.
Daha sonra OSINT-analitiklər Saratov vilayətindəki Engels-2 aerodromu üçün yanacaq saxlanılan neft bazasında yanğının təsdiqləndiyini qeyd ediblər. Həmin aerodromda Tu-95MS bombardmançı təyyarələri yerləşdirilib. Təcavüzkar Rusiya Federasiyası Müdafiə Nazirliyi isə 11 pilotsuz uçuş aparatının guya gecə saatlarında region ərazisində "məhv edildiyini” iddia edib.
Alpər
Şərhlər