Xəbər lenti

Dünya 18:57 28.08.2023

Ukrayna F-16-lardan istifadəyə nə vaxt başlaya bilər? - Reznikov

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Ukrayna 2024-cü ilin yazında F-16 qırıcılarından istifadəyə başlaya bilər.

Qaynarinfo xəbər verir ki, "Bild”ə müsahibəsində təlim və infrastruktur hazırlığı üçün vaxtın nəzərə alınmalı olduğunu deyib.

"Mən deyərdim ki, F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər, çünki biz pilotlarımız, mühəndislərimiz və texniklərimiz üçün təlim kurslarına başlamışıq”, - nazir bildirib.

Reznikov iddia edir ki, Ukraynada təyyarələrin istifadəsi üçün infrastrukturu hazırlamaq lazımdır.

"Bu, ən azı altı ay, bəlkə də bir az daha çox vaxt apara bilər”, - Reznikov əlavə edib.

Nazir əmindir ki, F-16-nın cəbhədə görünməsi müharibədə "oyun qaydalarını dəyişə" bilər.

"Biz Rusiyanın səmada, döyüş meydanından kənarda hökmranlığına son verməliyik. F-16 təyyarələri hava hücumundan müdafiə sisteminin bir hissəsi olacaq. Biz hava məkanını, yəni şəhərlərimizi qorumaq üçün səmada öz imkanlarımızı gücləndirə bilərik. Bizim üçün bu, böyük bir sıçrayış olacaq. Çox böyük", - nazir izah edib.

"Çox güman ki, yaxın gələcəkdə Ukrayna Rusiya təcavüzünə qarşı təcili olaraq ehtiyac duyduğu F-16 qırıcıları alacaq”, - bu sözləri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli təlim proqramının olduğunu və işlərin irəli getdiyini xatırladaraq deyib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat F-16 qırıcıları ilə bağlı ukraynalı mütəxəssislərin hazırlanması planından və orada prioritet maddələrin olub-olmamasından danışıb. O vurğulayıb ki, "aviasiya heç bir səhvi bağışlamır”, onda hər şey vahid mexanizm kimi işləməlidir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?