Dünya 17:16 23.06.2022

Ukrayna qoşunları Lisiçanskdan geri çəkilir

Ukrayna qoşunları mühasirəyə düşməmək üçün Lisiçanskdan geri çəkilməyə vadar ola bilər.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə vilayət qubernatoru Sergey Qayday deyib.
 
O, bildirib ki, Rusiya qüvvələrinin cənubdakı iki yaşayış məntəqəsini ələ keçirdikdən sonra Ukrayna qoşunları mühasirəyə düşməmək üçün cəbhə bölgəsindəki Lisiçansk şəhərindən geri çəkilməli ola bilər. Ukrayna prezidentinin müşaviri çərşənbə günü bildirib ki, Lisiçansk və yaxınlıqdakı Severodonetsk Rusiyanın Donbas bölgəsindəki hücumlarının mərkəzinə çevrilib və orada döyüş "şiddətli kulminasiya nöqtəsinə” yaxınlaşır.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün Lisıçanskdan təxminən 5 km məsafədə yerləşən Ray-Oleksandrivka və Loskutivkanın itkisini təsdiqləyib və rus qoşunlarının oradakı Ukrayna qüvvələrini mühasirəyə almağa çalışdığını bildirib.

"Mühasirəyə düşməmək üçün komandanlığımız qoşunlara yeni mövqelərə geri çəkilməyi əmr edə bilər. Bütün Lısıçansk onların atəşi məsafəsindədir. Şəhərdə vəziyyət çox təhlükəlidir”,- o, televiziyada deyib.

Nurlan Hüseynov