Xəbər lenti

Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında barışıq əldə olundu
Maqazin 14:23 08.01.2025

Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında barışıq əldə olundu

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesindən əvvəl barışıq əldə olunub.

APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində keçiriləcək prosesdən əvvəl jurnalistlərə açıqlama verən Xalq artisti "Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla barışdıqlarını deyib. Onun sözlərinə görə, tərəflər arasında notariusda barışıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, iş üzrə zərərçəkən kimi "Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.

A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.

Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.

Xalq artisti Ağadadaş Ağayev isə "Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev "Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, "Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev "Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, "Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->