Xəbər lenti

Maqazin 13:57 12.12.2023

Xalq artisti “bahalı müğənnilər"in qonorarından danışdı: "Onların şəxsi işidir"

"Bir müğənni kimi mən Yeni il gecəsini həmişə evimdə keçirmişəm. Həmin günü heç bir yerə getmirəm. Bayram günü ailəmlə bir yerdə oluram".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Bilal Əliyev sənət adamlarının Yeni il qiymətlərindən danışarkən deyib. 

Müğənni bu il bayram keçirməyəcəyini qeyd edib:
 
"Bacım rəhmətə gedib, onun il mərasimidir. Biz Yeni il günü həmin mərasimə hazırlaşacağıq. Qaldı ki, sənət adamlarının Yeni il gecəsində hansı qiymətə oxumasına, bu, onların şəxsi işləridir. Mən onların işinə qarışa bilmərəm". 

Qeyd edək ki, sənət adamlarının yeni il gecəsində yarım saatlıq çıxışlarının qiyməti açıqlanıb. Xalq artistləri Aygün Kazımova və Röya Ayxan 50 min, Eyyub Yaqubov 20 min, Zülfiyyə Xanbabayeva 15 min, Faiq Ağayevin yarım saatlıq çıxışı 15 min manata oxuyacağı bildirilib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->