Hacıqabulda sosial şəbəkələr vasitəsilə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Şirvan regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, A.Qurbanov müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir.
Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı adıçəkilən şəxsin 20 nəfərin etibarından sui-istifadə edərək bank kartlarının məxfi məlumatlarını əldə etdiyi müəyyənləşib. Bu üsulla A.Qurbanov 10.000 manatdan artıq pulu ələ keçirib.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
A.Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Şərhlər