Xəbər lenti

"Yeni Klinika"da ana doğuş zamanı öldü, körpəsi sağ qaldı
Ölkə12:29 14.11.2025

"Yeni Klinika"da ana doğuş zamanı öldü, körpəsi sağ qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yeni Klinika"da doğuş zamanı ölüm faktı qeydə alınıb.
Qaynarinfo Milli.Az-a istinadla, paytaxt sakini Nərmin Əliyeva doğuş üçün "Yeni Klinika"ya üz tutub. Doğuş zamanı Nərmin Əliyeva vəfat edib, körpə isə sağ qalıb.
Hazırda körpənin xüsusi şəraitdə saxlanıldığı bildirilir.
Məlumata görə, bu Nərmin Əliyevanın ikinci hamiləliyi olub, 5 yaşında bir övladı var və doğuşdan əvvəl səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.
Faktla bağlı araşdırma aparılır.