Xəbər lenti

Ölkə 10:23 24.08.2022

"Yeni Klinika"nın mətbuat xidmətinə yeni rəhbər təyin edildi (FOTO)

İlham Məmmədzadə "Yeni Klinika"nın mətbuat xidmətinin rəhbəri təyin edilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə o, özünün "Facebook" hesabında yazıb:
 
"Əziz dostlar!

Bu gündən etibarən müasirliyi və genişliyi ilə Qafqazın ən böyük tibb müəssisəsi olan "Yeni Klinika”da İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri olaraq əmək fəaliyyətimi davam etdirəcəyəmm. Göstərdiyi etimada görə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) və "Yeni Klinika” Publik Hüquqi Şəxs rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bu etimad və güvən üzərimə böyük məsuliyyət qoyur. Dövlətimizə və xalqımıza xeyirli, uğurlu olsun!"
 
Qeyd edək ki, Ilham Məmmədzadə  2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində müdir müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.
2012-ci ildən 2014-cü il yanvarın 14-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2014-cü ildən 2019-cu ilədək isə "Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutub.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->