Xəbər lenti

Zelenski Rüstəm Umerovu Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin etmək istəyir
Dünya 14:22 03.08.2026

Zelenski Rüstəm Umerovu Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin etmək istəyir

Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə UNİAN-a məlumatlı mənbə bildirib.

"Dövlət başçısı Rüstəm Umerovu XQX rəhbəri təyin etmək istəyir", deyə mənbə qeyd edib.

Eyni zamanda, Umerovun yerinə MTMŞ-nin yeni katibi vəzifəsinə keçmiş daxili işlər naziri İqor Klimenko təyin oluna bilər.

Umerov 2025-ci ilin iyulunda MTMŞ katibi təyin edilib. Bundan əvvəl o, müdafiə naziri vəzifəsində çalışıb.

İyulun 31-də Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibində dəyişikliklər edib. Zelenskinin qərarı ilə MTMŞ-nin tərkibindən Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri İqor Klimenko, keçmiş baş nazir Yuliya Sviridenko, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Aleksandr Sırski, keçmiş iqtisadiyyat naziri Aleksey Sobolev və keçmiş müdafiə naziri Mixaylo Fedorov çıxarılıb.

Bunun əvəzinə Ukrayna prezidentinin fərmanı ilə MTMŞ-nin tərkibinə daxili işlər naziri İvan Vıqivski, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixaylo Drapatıy, Ukraynanın baş naziri Sergey Koretski, iqtisadiyyat və ətraf mühit naziri Aleksandr Kravçenko, ədliyyə naziri Denis Maslov, Ukrayna Təhlükəsizlik Xidmətinin birinci müavini Aleksandr Poklad və müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevgeni Xmara daxil edilib.

Bundan əlavə, MTMŞ-nin şəxsi heyət tərkibində Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa da təsdiqlənib.

Daha əvvəl Zelenski İqor Klimenkoya Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinin təklif edildiyini açıqlamışdı.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->