Xəbər lenti

12 illik dövr bitir: Əfsanə
İdman 19:20 20.01.2024

12 illik dövr bitir: Əfsanə "Real Madrid"dən gedir

"Real Madrid"in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç 2023/24 mövsümünün sonunda İspaniya klubunu tərk edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Nəşrin məlumatına görə, futbolçu ilə 2024-cü ilin yayında başa çatacaq müqavilə uzadılmayacaq. Modriç azad agent kimi "Real Madrid"dən ayrılacaq. Mətbuatda yayılan xəbərlərə görə, xorvatiyalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında klubların birində davam etdirə bilər.

Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində o, ispan klubunda 300-dən çox oyun keçirib. Madrid komandasının heyətində yarımmüdafiəçi üç dəfə İspaniya çempionu (2016/17, 2019/20, 2021/22), iki dəfə ölkə kubokunun (2013/14, 2022/23) və beş dəfə Superkubokun (2012, 2017, 2019/20, 2021/22, 2023/24) qalibi olub. Modriç 5 dəfə (2013/14, 2015/16, 2016/17, 2017/18, 2021/22) Çempionlar Liqasında qalib adını qazanıb.

2006-cı ildən Modriç Xorvatiya millisini beynəlxalq arenada təmsil edir. Onunla birlikdə komanda 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı olub. 2022-ci il dünya çempionatında xorvatlar üçüncü yeri tutublar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->