Xəbər lenti

146 günlük yazıçı tətilini bitirmək üçün tarixi razılaşma - Tətil bitəcəkmi?
Dünya 14:50 25.09.2023

146 günlük yazıçı tətilini bitirmək üçün tarixi razılaşma - Tətil bitəcəkmi?

Senaristlər Gildiyası və ən böyük Hollivud studiyaları 146 günlük tətili dayandıra biləcək yeni üç illik müqavilə ilə bağlı ilkin razılığa gəliblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Variety” jurnalı məlumat yayıb.

Lakin tətil hələ də bitməyib. 

"Variety” xəbər verir ki, son ifadələr razılaşdırılmayana qədər müqavilənin şərtləri ilə bağlı təfərrüatlar açıqlanmayacaq.

Xatırladaq ki, Kino Aktyorları Gildiyası və ABŞ-ın Televiziya və radio artistlər Federasiyası (SAG-AFTRA) Kino Filmləri və Televiziya Prodüserləri Alyansı (AMPTP) ilə dörd həftəlik uğursuz danışıqlardan sonra iyulun 14-dən tətilə başlayıblar. Tətildə 160 minə yaxın şəxs iştirak edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->