Xəbər lenti

33 qol vuruldu, 16 yaşlı futbolçu dünya rekordu vurdu
İdman 23:20 30.10.2024

33 qol vuruldu, 16 yaşlı futbolçu dünya rekordu vurdu

16 yaşlı tacik futbolçu Məhəmməd Nəzriyev milli komandanın oyununda qol sayına görə dünya rekordu vurub. 

Qaynarinfo xəbər verir ki, o, U17 Asiya Kubokunun seçmə mərhələsində Quamla matçda 14 qol vurub. Görüş 33:0 hesabı ilə Tacikistanın gənclərdən ibarət yığmasının xeyrinə başa çatıb.

Tarixdə heç bir FIFA himayəsi altında milli komandanın rəsmi matçında bu qədər qol vurmayıb. Bu hesab da belə oyunlar üçün rekorda çevrilib.

Həm ümumi qol sayında, həm də dəqiq zərbələrin sayında əvvəlki nailiyyət Avstraliya komandasına məxsus idi. Onlar 2002-ci il dünya kubokunun seçmə mərhələsində Amerika Samoasını 31:0 hesabı ilə məğlub ediblər, hücumçu Arşibald Tompson 13 qol vurub.

Qeyd edəl ki, Nəzriyev Düşənbənin "İstiqlal" klubunun ikinci komandasında çıxış edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->