Cənub-Şərqi Afrika ölkəsi Malavidə seçkilərdən sonra yaranan böhran bu dəfə səsvermənin deyil, dörd itin üzərində mərkəzləşib.
Qaynarinfo xəbər verir ki, keçmiş prezident Lazarus Çakveranın evində olduğu iddia edilən və "qara cadu aşkar edə bilən” qoruma itləri yeni lider Peter Mutarika tərəfindən 80 polis göndərilməsinə səbəb olub. Dövlət qulluqçusu statusuna malik olan bu itlər ölkədə təhlükəsizlikdən cadugərliyə məsələlərinə qədər uzanan qeyri-adi siyasi gərginliyin mərkəzində dayanır.
Keçmiş prezident Lazarus Çakvera
Seçkilərdən sonra it böhranı
Təxminən 22 milyon əhalisi olan ölkədə Lazarus Çakvera ilə hazırkı prezident Peter Mutarika arasında davam edən siyasi gərginlik, hər iki tərəfin də tərəfdarlarının hadisələrə qoşulması ilə daha da dərinləşib. Böhran mərkəzində isə prezidentlik iqamətgahında xidmət edən dörd it dayanır. Çakvera seçkiləri uduzduqdan sonra itlərin yoxa çıxması ilə bağlı mübahisələr hələ də davam edir.
2025-ci ilin sentyabrında keçirilmiş seçkilərdən sonra yoxa çıxan itlər uzun polis araşdırmalarına səbəb olmuşdu. Prokurorluğun açıqlamasına görə, dəyəri 2 300 dollar olan dörd it 19 sentyabr – 4 oktyabr tarixləri arasında oğurlanıb. Araşdırmalar nəticəsində itlərin Lazarus Çakveranın şəxsi evinə polis maşını ilə daşındığı müəyyən edilib.
Hazırkı prezident Peter Mutharika
Qara cadu aşkar edən itlər
İtlərin Çakveranın evində olduğu ortaya çıxandan sonra hazırkı prezident Peter Mutarika, itlərin texniki olaraq dövlət qulluqçusu olduğunu və əsas vəzifələrinin indiki prezidentin qorunması olduğunu bəyan edərək, onları geri almaq üçün 80 polis göndərib. 70 yaşlı Çakvera isə qara cadu obyektlərini və digər potensial təhlükələri aşkar etmək üçün itlərin təhlükəsizlik komandasının əsas üzvləri olduğunu iddia edərək, qapını açmaqdan imtina edib. Bu, siyasi və hüquqi çıxılmaz vəziyyət yaradıb.
Gərginlik və tərəfdarların iştirakı
Polis əməliyyatından sonra Çakveranın tərəfdarları onun həbs olunacağı iddialarına görə evin önündə toplanaraq kömək üçün düşərgə qurub. Çakveranın parlamentdəki tərəfdarları isə sessiyaları boykot edərək evin önündə yığışıb. Mutarikanın vəkilləri polisin evə gəlməsi ilə bağlı axtarış əmri ləğv etmək üçün məhkəməyə müraciət edib. Hazırkı prezident Mutarika isə başkanlıq iqamətgahına köçməyi, itlərin yoxluğu səbəbindən təhlükəsizlik qrupunun tam hazır olmaması ilə əsaslandırıb.
Qara cadu və siyasi mübahisə
Malavidə bir çox insan cadugərliklə bağlı təhlükələri gündəlik həyatın real və təhlükəli elementi kimi qəbul edir. Çakvera tərəfdarları isə itlərin liderlərini cadu və digər təhlükələrdən qoruduğunu iddia edir.
İt böhranı hələ uzun müddət davam edə bilər
Noyabr ayında Çakveranın evində aparılmaq istənən axtarışın ardından məhkəmə axtarış əmrinə müvəqqəti olaraq xitam verib. Polis dörd Alman çoban itinin təhvil verilməsini tələb etsə də, itlərin əslində bir Holland çoban iti və üç Belçika Malinois cinsi olduğu müəyyən edilib. Məhkəmə isə iş həll olunana qədər axtarış əmri verməyəcəyini açıqlayıb.
Çakveranın evində yaşayanlara görə, gündüz saatlarında itlər evin əsas girişini qoruyur, gecə isə geniş ərazidə patrul gəzərək təhlükəsizliyi təmin edir. Polis onları tapmaq üçün tez-tez axtarış aparsa da, indiyə qədər nəticə əldə edilməyib. Hazırkı mərhələdə prosesin necə bitəcəyi məlum deyil.
Aydın
Şərhlər