Xəbər lenti

7,4 milyon dollarlıq evini tərk etdi:
Dünya 14:33 11.01.2025

7,4 milyon dollarlıq evini tərk etdi: "Elektrik yox idi"

Məşhur müğənni Britni Spirs Los-Ancelesin Hidden-Hillz bölgəsində yerləşən və 7,4 milyon dollara qiymətləndirilən evini meşə yanğınları səbəbindən tərk edib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Instagram" hesabında məlumat paylaşıb.

Spirs evdən təxliyə olunmasını belə ifadə edib: "Ümid edirəm ki, hamınız yaxşısınız! Mən evimi tərk etmək məcburiyyətində qaldım və otelə çatmaq üçün dörd saatlıq yol qət edirəm! Dua edirəm ki, sizdə hər şey qaydasındadır. Hamınıza sevgimi göndərirəm".

O, həmçinin qeyd edib ki, evdə elektrik enerjisi olmadığından, hətta telefonunu belə enerji ilə doldura bilməyib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->