ABŞ-ın Helsinkisi Komissiyasının sədri, Respublikaçı Partiyanın üzvü Co Uilson Gürcüstanın "Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini bildirib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında yazıb.
"Biz, Gürcüstan xalqına hücum edən və onun suverenliyini inkar edənlərə, eləcə də qeyri-qanuni Rusiya kuklalarına qarşı, o cümlədən Bidzina İvanişvili və onun ətrafına qarşı sanksiyalar tətbiq etməliyik.
Bu çağırışı 2020-ci il Respublikaçı Tədqiqat Komitəsinin hesabatında ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson və Milli Təhlükəsizlik Məsləhətçis Mayk Vals ilə birlikdə etməyimdən məmnunam”, – deyə Co Uilson yazıb.
Alpər
Şərhlər